“Azərişıq” istehlakçıları 3 milyona çatır

post-img

“Azərişıq” ASC-nin məlumatına əsasən, ötən il bu qurum tərəfindən ölkə üzrə 19 milyard kVt-saat elektrik enerjisi istehlaka verilib. Hesabat dövründə istehlaka yönəldilən elektrik enerjisinə görə, yığım səviyyəsi 97,4 faiz təşkil edib.

Məlumatda daha sonra bildirilir ki, ötən il “Azərişıq” üzrə elektrik enerjisi­nin itkiləri 8,6 faiz həcmində olub.

Qeyd olunub ki, adı çəkilən ASC tərəfindən 2023-cü ildə enerji sistemin­dəki paylayıcı şəbəkə təsərrüfatının in­kişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, ümumilikdə, müxtəlif gərgin­likli 3478 kilometr kabel və hava xətləri çəkilib.

Hesabat ilində “Azərişıq” üzrə is­tehlakçıların sayı artaraq 2 milyon 946 min təşkil edib ki, bunlardan 2 milyon 760 min əhali istehlakçısının, 186 mini isə qeyri-əhali istehlakçısının payına düşüb.

XQ

İqtisadiyyat