Qazlaşdırılan məntəqələrin sayı 2500-ü ötüb

post-img

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən aldığımız məlumata əsasən, Azərbaycanda 2004–2023-cü illər ərzində qazlaşdırılan yaşayış məntəqələrin sayı 2500-ü ötüb. Həmin müddətdə qazlaşdırılan məntəqələrin sayı 449-dan 2 503-ə çatıb, əhali abunəçilərinin sayı isə artaraq 2,5 min nəfərə yüksəlib. 

Məlumatda bildirilir ki, payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə yeraltı qaz an­barlarına 1,9 milyard kubmetrə yaxın təbii qaz vurularaq 3 milyard kubmetr­dan çox qaz ehtiyatı yaradılıb.

Xatırladaq ki, ötən il ərzində yeraltı qaz anbarlarının daha səmərəli istis­marı və aktiv qaz həcmlərinin 3,5 mil­yard kubmetrə çatdırılması üçün yeni layihələr üzərində işlər davam etdirilib.

XQ

İqtisadiyyat