İnvestorlara 1,8 milyard manat borc qaytarılıb

post-img

Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü il yanvarın 1-nə kimi respublikamızda daxili dövlət borcunun 6 milyard 340 milyon manatı dövriyyədə olan dövlət istiqrazlarının, 175 milyon manatı buraxılmış veksellərin, 9 milyard 351 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşüb.

Məlumatda bildirilir ki, dövriyyədə olan 6 milyard 3340 milyon manat məbləğin­də dövlət istiqrazları üzrə orta ödəmə müddəti 1,72 təşkil edib. Strategiyaya uyğun olaraq, dövlət istiqrazlarının müddətinin mərhələli şəkildə uzadılması məqsədilə orta və uzunmüddətli dövlət istiqraz­larının həcminin artırılması orta ödəmə müddətinin artma­sına səbəb olub.

Hesabat dövründə dövriy­yədə olan 6 milyard 515 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 18,5 faizi 1 illik, 66 faizi 2 və 3 illik, 15,6 faizi isə 5 il və daha artıq müddətli qiy­mətli kağızlarının payına düşüb.

2023-cü il ərzində dövlət istiqrazları üzrə investorlara 1 milyard 716 milyon manat məbləğində əsas borc, 198 mil­yon manat məbləğində faiz ödənişi hə­yata keçirilib.

XQ

İqtisadiyyat