Bank sektorunun xalis mənfəəti 10 faiz artıb

post-img

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 99,6 milyon manat (ötən ilin eyni dövrü 10,3 faiz çox) xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankının bu barədə məlumatında bildirilir ki, ötən ay bankların əməliyyat gəlirləri 462,7 milyon manat (əvvəlki ilin eyni dövrünə nisbətən 29,2 faiz çox), əməliyyat xərcləri 311,7 milyon manat (43,05 faiz çox), xüsusi ehtiyatlara ayırmaları 29,3 milyon ma­nat (7,3 faiz çox), digər xərcləri 0,1 mil­yon manat (dəyişməyib), mənfəət vergisi ödəmələri isə 21,9 milyon manat (3,5 faiz az) təşkil edib.

Bu il fevralın 1-nə ölkənin bank sek­torunun aktivləri isə 49 milyard 296,8 milyon manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox) təşkil edib.

Bankların aktivlərinin 22 milyard 199,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,9 faiz böyüyüb, kreditlə­rin aktivlərdəki payı isə 40,4 faizdən 45 faizə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,3 faiz artaraq 43 milyard 144,4 milyon manata, o cümlədən de­pozit portfeli 6,1 faiz artaraq 34 milyard 995,4 milyon manata çatıb. Bunun 12 milyard 831,2 milyon manatı fiziki, 22 milyard 164,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,8 faiz, şirkətlərin banklardakı vəsaitləri isə 4,1 faiz artıb.

Sektorun balans kapitalı isə 8,7 faiz artaraq 6 milyard 152,4 milyon manat təşkil edib.

XQ

İqtisadiyyat