Xəzərdən Qara dənizə “konteyner körpüsü”

post-img

Bu ilin ikinci yarısından Azərbaycan və Gürcüstan limanları arasında blokçeyn texnologiyasının tətbiqi nəzərdə tutulur. Bu, konteynerlərin sayının artmasına kömək edəcək.

Bu barədə Bakı Beynəlxalq Dəniz Ti­carət Limanının departament müdiri Xu­dayar Həsənli Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə bildirib. Orta Dəhlizin inkişafı üçün infrastruktur imkanlarının təkmilləşdirilməsinin vacib­liyini vurğulayan X. Həsənlinin dediyinə görə, bu sahədə lazımi potensialın olma­dığı şəraitdə rəqəmsallaşma və təkmilləş­dirmə işləri Çindən daha çox yükün cəlb edilməsinə kömək etməyəcək. “Biz Bakı Dəniz Ticarət Limanı olaraq fəaliy­yətimizi genişləndirəcəyik və yükdaşıma imkanlarımızı artı­racağıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, dünən Tbili­sidə Dünya Bankının bu yaxın­larda dərc etdiyi “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşın­ma müddətini yarıya endirmək üçün siyasətlər və investisiya­lar” adlı tədqiqata həsr olunan regional tədbir keçirilib. Gürcüstan, Azərbaycan, Qazaxıstan və Ermənistanın hökumət nü­mayəndələri, eləcə də dövlət müəssisələ­rinin, özəl sektor və beyin mərkəzlərinin təmsilçiləri iştirak etdikləri tədbirdə Dünya Bankının araşdırmalarının əsas nəticələri müzakirə olunub.

XQ

İqtisadiyyat