Sığorta ödənişi 10,3 faiz çoxalıb

post-img

Mərkəzi Bankın məlumatına əsasən, cari ilin yanvar ayında ölkəmizdəki 17 sığorta şirkəti tərəfindən 139 milyon 114 min manat sığorta haqları hesablanıb və 38 milyon 783 min manat sığorta ödənişləri həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar ayında sığorta şirkətləri tərə­findən 131 milyon 814 min manat sığorta haqları hesablanmış və 35 milyon 168 min manat sığorta ödənişləri həyata ke­çirilmişdi. 

Beləliklə, 2024-cü ilin yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə hesab­lanmış sığorta haqları 5,5 faiz, sığorta ödənişləri isə 10,3 faiz artıb.

XQ

İqtisadiyyat