“Yaşıl keçid”ə Avropa krediti

post-img

Bu il mayın 1-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şürası “AzərEnerji” Açıq Səhmdar Cəmiyytinə 30 milyon dollar məbləğində kreditin ayrılmasına baxacaq. Borcalan qismində Azərbaycanın Maliyyə Nazirliyi, icraçı qismində isə “AzərEnerji” ASC çıxış edəcək.

Bu barədə Avropa Yeni­dənqurma və İnkişaf Bankı məlumat yayıb. Bildirilib ki, həmin kredit hesabına Azər­baycanda fəaliyyət göstərən 4 yarımstansiyanın güclən­dirilməsi üçün avtotransfor­mator avadanlığının alınması maliyyələşdiriləcək. Layihə Azərbaycanın bərpaolunan enerji potensialının inteqrasi­yası üçün tələb edilən enerji sisteminin çevikliyini təkmil­ləşdirməyə imkan yaradacaq.

Yeri gəlmişkən, layihənin uğurla həya­ta keçirilməsi ölkədə bərpaolunan enerji layihələrinin inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edən şəbəkənin güclən­dirilməsi ilə bağlı digər layihələr üçün də, bir növ, müsbət təcrübə sayıla bilər.

XQ

İqtisadiyyat