BP: Cəbrayılda günəş elektrik stansiyasının təməli ilin ikinci yarısında qoyulacaq

post-img

BP şirkətinin Cəbrayılda tikəcəyi 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı yekun investisiya qərarı 2024-cü ilin ikinci yarısında gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərin suallarını cavablandırarkən bildirib.

B.Aslanbəyli qeyd edib ki, artıq bununla bağlı hazırlıq işləri yekunlaşır: “Minalardan təmizləmə işləri yekunlaşmaq üzrədir. Günəş elektrik stansiyasının təməli yekun investisiya qərarı qəbul edildikdən sonra bu il qoyulacaq”.

İqtisadiyyat