“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-cü ildəki 1,1 faizlik iqtisadi artımdan sonra bu il respublikada həmin göstəricinin 2,8 faizə yüksələcəyini proqnozlaşdırıb.
Reytinq agentliyinin məlumatında daha sonra bildirilir ki, 2023-cü ildə artım nəzərəçarpacaq dərəcədə azalaraq təxminən 1,1 faizə çatdı ki, bu da neft-qaz sektorunda azalmanı və bəzi əsas qeyri-neft sahələrində, xüsusən də nəqliyyatda pandemiyadan sonrakı artımın yumşalmasını əks etdirir. “Fitch Ratings” artımın investisiya qoyuluşu hesabına 2024-cü ildə 2,8 faizə və 2025-ci ildə isə 2,5 faizə qədər bərpa ediləcəyini gözləyir.
Agentlik bununla belə hesab edir ki, dövlətin böyük həcmdə iştirakçılığı, idarəetmə ilə bağlı çətinliklər, maliyyə resurslarına məhdud çıxış, qeyri-neft sektoruna investisiyaların aşağı olması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyişə mane olur.
XQ