Ötən ay ölkəmizə 4,4 min ton ət gətirilib

post-img

2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min dollar dəyərində 4 min 411 ton ət idxal edilib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, məhsul idxalı dəyər ifadəsi ilə 3 milyon 659 min dollar yəni 74,9 faiz, miqdar ifadəsi ilə, təxminən, 1719 ton və ya 63,8 faiz artıb. Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkəyə 4 milyon 882 min dollar məbləğində 2 min 692 ton ət gətirilib.

Hesabat dövründə 1 ton ətin idxal qiyməti 1937 dollar, ötən ilin eyni dövründə isə 1814 dollar təşkil edib. Bu isə o deməkdir ki, ilin ilk ayında bir kiloqram ətin idxalı 3,29 manat, ötən ilin müvafiq dövründə isə 3,08 manata başa gəlib.

Qeyd edək ki, hesabat dövrün­də idxal edilən ətin dəyəri Azərbay­canın ümumi idxalının 0,75 faizini təşkil etdiyi halda, ötən ilin müvafiq dövründə bu rəqəm 0,35 faizə bə­rabər olub.

XQ

İqtisadiyyat