ÜDM 1 ayda 5 faiz çoxalıb

post-img

Bu ilin yanvar ayında Azərbaycanda 9 milyard 131 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5 faiz çoxdur. Ötən ay əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 897 manat olub.

Dövlət Statistika Komitə­sinin məlumatına görə, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda 12,3 faiz ar­tım qeydə alınıb. 

İlin ilk ayında ÜDM is­tehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrü­fatı, 5,8 faizi tikinti, 2,9 fa­izi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdiril­məsi və ictimai iaşə sahələ­rinin, 17,8 faizi digər sahələ­rin payına düşüb. Hesabat dövründə məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib. 

XQ

İqtisadiyyat