“Astara” – 5 milyard kilovat-saat enerji

post-img

2006-cı ilin fevral ayında istismara verilmiş “Astara” modul tipli elektrik stansiyası ahəngdar rejimdə fəaliyyət göstərir. Ötən müddətdə stansiyada 4,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, Astara rayonunun Ərcivan kəndində olan stansiyanın ümumi gücü 87 meqavat olmaqla hər biri 8,7 meqavat gücündə 10 ədəd qaz porşen aqreqatından ibarətdir. Energetika Nazirliyinin məlumatına görə, stansiyada elektrik enerjisinin istehsalı 2020-ci ildə 291,1 milyon kilovat-saat, 2021-ci ildə 309,1 milyon kilovat-saat, 2022-ci ildə 278,2 milyon kilovat-saat, 2023-cü ildə isə 286,8 milyon kilovat-saat təşkil edib.

Cari ilin yanvar ayında stansiyada 24,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. 

XQ

 

İqtisadiyyat