“AzerGold”un humanitar layihələri

post-img

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü ildə korporativ sosial məsuliyyət (KSM) sahəsində fəaliyyətini uğurla davam etdirib.

QSC-dən bildirildiyinə görə, ötən il qurum tərəfindən təhsil, sağlamlıq, mik­ro sahibkarlıq, aqrar inkişaf, ekologiya, qadınların məşğulluğu, tarixi-mədəni irsə töhfə və digər istiqamətlər üzrə layihələr həyata keçirilib.

2023-cü il aprelin 11-də Heydər Əliyev Fondu ilə tərəfdaşlıq şəraitində Gəncə şəhərində regional Autizm Mərkəzinin rəsmi açılışı olub. Ötən ilin aprel ayında Akademik Zərifə Əliyeva adına Milli Oftal­mologiya Mərkəzi ilə birgə Daşkəsən ra­yonunda səyyar göz müayinəsi aksiyası keçirilib.

Bütün bunlarla bərabər, hesabat ilin­də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Sağlamlıq Mərkəzi ilə birgə Daşkəsən rayonunda səyyar tibbi müayinə aksiyası təşkil edi­lib. Eyni zamanda, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə “Daşkəsən ra­yonunda arıçılıq təsərrüfatının inkişafına dəstək”, Kənd Təsərrüfatı Nazirliyi ya­nında Aqrar Xidmətlər Agentliyi ilə birgə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək”, Əmək və Əhalinin Sosi­al Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə birgə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” və digər layihələr uğurla icra olunub.

QSC-nin KSM sahəsində həyata ke­çirdiyi layihələr ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, ölkəmiz­də autizm spektr pozuntulu uşaqların fərdi inkişafı istiqamətində 2022-ci ildən reallaşdırılan səmərəli fəaliyyətə görə, “AzerGold” QSC-yə növbəti dəfə “Milli KSM Mükafatı” və ilk dəfə “Autizm dostu” mükafatı təqdim edilib.

XQ

İqtisadiyyat