AÇG və “Şahdəniz” 1 ayda 433 milyon dollar qazanıb

post-img

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ilin yanvar ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələrindən əldə olunmuş gəlirlərlə bağlı açıqlama yayıb. 

Fondun məlumatına əsasən, ötən ay Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 387 milyon 645 min ABŞ dolları məb­ləğində gəlir əldə edilib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 237 milyon 429 min dollar və ya 38 faiz azdır. 

Hesabat dövründə fondun “Şahdəniz” yatağından əldə etdiyi gəlir isə 45 milyon 389 min dollar təşkil edib. İlin ilk ayında Dövlət Neft Fondu “Şahdəniz” yatağından çıxarıl­mış kondensatın satışından 15 milyon 748 min dollar qa­zanc əldə edib. Yeri gəlmişkən, 2023-cü ilin yanvar ayında ARDNF “Şahdəniz” yatağı üzrə gəlir əldə etməyib.

XQ

İqtisadiyyat