Qazaxıstan neftinin Transxəzər nəqli artır

post-img

Qazaxıstan iki il ərzində Transxəzər marşrutu üzrə neft tədarükünün həcmini 3 milyon tona çatdırmaq niyyətindədir. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti xəbər verib. 

Bildirilib ki, 2023-cü ildə bu marşrutla 1 milyon ton neft nəql edilib. 2024-cü il üçün isə plan 1,5 milyon tona qədər neftin tədarük edilməsidir.

Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Həmin göstə­rişə uyğun olaraq “Tengiz” yatağından hasil edilən illik neftin 1,5 milyon tonunun Bakı–Tbilisi–Ceyhan kəməri istiqamətində nəqli ilə bağlı “KazMunayQaz” və Azər­baycan Dövlət Neft Şirkəti arasında saziş imzalanıb.

XQ

İqtisadiyyat