“Bir pəncərə”dən 5 ölkəyə 240 milyon dollarlıq məhsul göndərilib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi xətti ilə 2023-cü ildə, ümumilikdə, 5 ölkəyə – İsveçrə, Rusiya, Türkiyə, Gürcüstan və İtaliyaya 243 milyon dollar dəyərində ixrac həyata keçirilib. O qeyd edib ki, ixrac edilən məhsullar isə, əsasən, qiymətli metallar, süd və qənnadı məhsulları, polad boru və pambıq mahlıcı olub.

V.Qasımlı ötən ildə də İİTKM-in “Be­yin və əməl” mərkəzi kimi fəaliyyətini davam etdirdiyini, hesabat ili ərzində qu­rumun qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməklə yanaşı, bir sıra yenilik­lər etdiyini bildirib. 

Mərkəzin icraçı direktoru daha sonra İİTKM-də elektronlaşdırılan təkmil mo­nitorinq və qiymətləndirmə institutunun formalaşdırıldığını, burada süni intellektin imkanlarından da istifadə edildiyini vur­ğulayıb. Natiq bundan başqa, ötən il 10 dövlət sənədinin, o cümlədən “Azərbay­can Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azər­baycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və digər sənədlər üzrə 6 hesabatın hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini diqqətə çatdırıb. 

XQ

İqtisadiyyat