Hesablama Palatasının kollegiya iclası keçirilib

post-img

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə kollegiya iclası keçirilib.

Palatadan bildirilib ki, iclasda Hesablama Palatasının strateji planının 2023-cü il üzrə Əməliyyat Planının və Monitorinq Çərçivəsinin icra vəziyyəti barədə, habelə keyfiyyətə nəzarətlə bağlı illik hesabat təqdim edilib. Əməliyyat planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə təsir edən əsas risklər səsləndirilib. Hesablama Palatasının kollegiyası tərəfindən həmin məsələlərin fəaliyyət haqqında hesabata daxil edilməsinə dair qərar verilib.

Daha sonra Hesablama Palatasının strateji planının 2024-cü il üzrə Əməliyyat Planının və Monitorinq Çərçivəsinin, eyni zamanda Risk Reyestrinin layihələri təqdim edilib və müzakirələr aparılıb. Müzakirələrin nəticəsi əsasında aidiyyəti sənədlər təsdiq edilib, nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrası məqsədilə zəruri işlərin görülməsi, əhəmiyyətli hesab olunan risklərin prioritetləşdirilməsi və mütəmadi izlənilməsi, məsul subyektlərin yarımillik və illik əsasda hesabatlılığının təmin edilməsi ilə bağlı tapşırıqlar verilib.

İclasda, həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.

İqtisadiyyat