Güzəştli kredit hesabına 3 min 276 investisiya layihəsi maliyyələşdirilib

post-img

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu kreditlər hesabına 3 mindən çox yeni iş yeri yaradılıb. Kreditlərin layihə sayı üzrə 99,8 faizi, məbləğ üzrə isə 91,1 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

XQ

İqtisadiyyat