Ölkəmizdə böyük mis ehtiyatları aşkar edilib

post-img

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti qazma nəticələrinə əsasən “Xarxar” yatağında əhəmiyyətli dərəcədə mis minerallaşması olduğunu təsdiqləyib.

Xatırladaq ki, adıçəkilən yataqda 2022-ci ilin iyulunda mis minerallaşmasının mərkəzi zonasını əhatə edən geniş kəşfiyyat proqramına başlanılıb.

Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında 1997-ci il avqust ayının 21-də imzalanan müqaviləyə əsasən 6 yatağın işlənməsi nəzərdə tutulub. Müqavilədə ölkəmizin payı 51 faiz, Böyük Britaniya şirkətinin payı isə 49 faiz təşkil edir.

Qeyd edək ki, “Anglo Asian Mining PLC”nin hazırda  respublikamızda ümumi sahəsi 2 min 544 kvadrat kilometr olan 8 müqavilə sahəsi var. Şirkət Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.

XQ

İqtisadiyyat