Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 73 faiz artıb

post-img

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsi 738 milyon 966 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatına qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 73 faiz və ya 311,8 milyon dollar artım deməkdir. 

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsi 427 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan Türkmənistana ixrac 4 dəfə artaraq 77,3 milyon dollara, Türkmənistandan Azərbaycana ixrac isə 62,4 faiz artaraq 661,6 milyon dollara çatıb.

Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələrin siyahısında Türkmənistan altıncı yerdədir. Hesabat dövründə Türkmənistanla ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,56 faizini təşkil edib.

Rizvan FİKRƏTOĞLU
XQ

İqtisadiyyat