Gömrük xidmətinin büdcəyə 5,7 milyard manat mədaxili

post-img

Cari ilin yanvar–noyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 12,4 faiz artaraq 5 milyard 718,35 milyon manata çatıb.

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verib. Mə­lumata görə, hesabat dövründə gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 495,43 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 18,6 faiz çox), əlavə dəyər vergisi üzrə daxilolmalar 3 milyard 977,97 milyon manat (9,8 faiz çox), aksizlər üzrə daxilolmalar 205,91 milyon manat (37,4 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 39,26 milyon manat (31,5 faiz az) təşkil edib.

XQ

İqtisadiyyat