Nazir: Azərbaycan 1995-2023-cü illərdə qardaş Türkiyəyə 19,9 milyard dollar həcmində investisiya yatırıb

post-img

Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir. Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani olaraq göstərir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Nazir bildirib ki, ölkəmiz 1995-ci ildən 2023-cü ilin 6 ayınadək qardaş Türkiyəyə 19,9 milyard dollar həcmində investisiya yatırıb: “Sevindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb”.

İqtisadiyyat