Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında olan dövlət qurumları təhlükəsiz internetlə təmin olunublar

post-img

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində, o cümlədən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə TETRA radiorabitə şəbəkəsi istifadəyə verilib.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti  bildirib.

“Həmçinin sözügedən ərazilərdə fəaliyyət göstərən dövlət qurumları “AzStateNet” şəbəkəsi üzərindən təhlükəsiz data və internet kanalları ilə təmin olunublar”, - deyə məlumatda bildirilir.

Hazırda XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.

İqtisadiyyat