“Şahdəniz” yatağından Türkiyəyə 7,9 milyard kubmetr qaz ixrac edilib

post-img

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan “Şahdəniz” yatağından Türkiyəyə 7 milyard 890,4 milyon kubmetr qaz ixrac edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 23,1 faiz çoxdur. Bu barədə Türkiyə Enerji Bazarını Tənzimləmə Şurası (EPDK)  bildirib. 

Şuranın məlumatına görə, 2023-cü ilin sentyabrında Azərbaycan qazının Türkiyəyə ixracı 888,52 milyon kubmetr təşkil edib (2022-ci ilin sentyabr ayı ilə müqayisədə +25,06 faiz). Bu dövrdə Türkiyəyə tədarük edilən bütün qazın 27 faizi, boru kəməri ilə nəql olunan qazın isə 31,8 faizi Azərbaycanın payına düşüb.

P.ƏFƏNDİ 

XQ

İqtisadiyyat