Rəqəmsal İnkişaf Agentliyinin sədri təsdiqlənib

post-img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva sədr vəzifəsinə təsdiqlənib.

XQ xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, İ.Vəliyeva 2021-ci ilin oktyabr ayından agentliyə rəhbərlik edir.

Anar ƏLİ

XQ

İqtisadiyyat