“Dördüncü sənaye inqilabının tələblərinə uyğun gəlmək üçün zəruri olan bütün addımlar atılmalıdır”

post-img

 Rəqəmsal milli valyutaların yaradılması və həmin valyutalardan istifadəyə keçid prosesinin əzəllikləri
 
Sabit Fətizadə: “Ümumi gedişatdan geri qalmaq təhlükəlidir”
 
Məlumdur ki, dünya Dördüncü Sənaye İnqilabının sürətli axınında mövcudluğunu qorumaq üçün elektronlaşma, rəqəmsallaşma, müasir elmi-texniki tərrəqidə sürətli həmçinin yüksək nailiyyətlərə nail olmaq istəyir. Azərbaycanda isə rəqəmsal milli valyutanın yaradılması və həmin valyutadan istifadəyə keçid hansısa səbəblərdən ləngiyir. Maraqlıdır, ləngimənin əsl səbəbi nədir? Bu suala cavab tapmaq məksədiylə Azərbaycanda ilk milli rəqəmsal valyutasının pilot layihəsi AzCoin-nin (CBDC) müəllifi, maliyyə mühəndis-memarı Sabit Fətizadə ilə əlaqə saxladıq.
- Problem nədədir və ya haradadır?
- Əvvəlcə ölkəmkizin bugünkü uğurlarına toxunmaq istərdim. Qalib lider və tarixi şəxsiyyət cənab İlham Əliyevin 20 il əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin tarixində yeni inkişaf dövrünün əsası qoyuldu . Ötən 20 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl 4 dövlət proqramı qəbul və icra olunub. Cənab prezident 44 günlük müharibə ilə yanaşı Dünya siyasi liderlik edən böyük nüfuza malik ölkələrlə təkbaşına döyüşərək, yeni geostrateji raeallıqlar yaratmış,beynəlxalq hüququn  varlığına önəm vermiş, qalib xalqın Müzəffər Sərkərdəsi olaraq torpaqlarımızı və ruhumuzu işğaldan azad etmişdir. Bununla da adını tarixə qızıl hərflərlə həkk edərək, Azərbaycan xalqına və irsinə gələcək üçün firavan dövlət və dövlətçilik miras qoymuşdur.
Gələk sizin sualınıza.Dünyada müəyən müvafiq tərəflər və əlaqədar təşkilatlar, beynəlxalq rəqabət şəbəkəsi, dövlətlərin idarəçilik cirkulyarının, nəzarət mexanizminin mudafiəsi məqsədi ilə mərkəzdənqacma sistemi ilə razılaşmadıqları üçün bu məsələ yubanır. 2017-ci ilin dekabr ayının 15-də cənab İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında - məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışı zamanı bildirmişdir ki; “Blockchain texnologiyası böyük diqqətə malik olan sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da, Azərbaycan ön sıralardadır.”
Cənab Prezident 2020-ci ilin fevral ayının 3-də “Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bildirir: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir”.
Eyni zamanda 2023-cü ilin avqust ayının 9-da Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanunu təsdiqləyib. Qanunda elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur.
Bəli, görünən odur ki, Azərbaycan hökuməti Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlardan istifadə etməyə çalışır. Bu kontekstdə o, informasiya texnologiyaları sektorunun inkişafına və rəqəmsal transformasiyanın təşviqinə diqqət yetirir. Ölkə informasiya texnologiyaları, proqram təminatının hazırlanması və bütün növ kommunikasiya sahələrində öz imkanlarını inkişaf etdirmək üçün səylərə sərmayə qoyur. Bunların bariz nümunəsi olaraq, möhtərəm cənab Prezidentin müvafiq fərmanları ilə yaradılmış və təkmilləşdirilmiş, aşağıda adlarını qeyd edilən dövlət orqanlarını və qurumlarını misal göstərmək olar: İqtisadiyyat Nazirliyi (2016)Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (2021)Mərkəzi Bank (2009) Dövlət Statistika Komitəsi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (2012),Elektron Təhlükəsizlik Xidməti (2012),İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (2021), AMEA-nın Yüksək Texnologiyalar Parkı (2016), Elektron Hökumət - Rəqəmsal Azərbaycan (2011),Hökumət buludu (2019),Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (2021),İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi (2009),Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (2023),İqtisadiyat Elmi Tədqiqat İnstitutu (2021)
Qeyd etdiyim qurumların hər birinin ölkəmizdə fəaliyyəti əhəmiyyətlidir. Lakin, bugünədək rəqəmsal valyutanın yaradılması mövzusu və yeni sənaye inqilabının yaratdığı digər sahələrin sürətli şəkildə həyata keçirilməsi üçün vahid koordinasiya sistemi yaradılmayıb. Azərbaycanın hər bölgəsindən bu sahədə müvafiq peşəkarlığa malik mütəxəsislər cəlb edilərək,, pilot rejimində rəqəmsal transformasiyaların təşqviqinə vaxt ötmədən başlanılmalıdır və cənab Prezidentin  qeyd etdiyi kimi, Azərbaycan bu sahədə lider olmalıdır. Çünki, artıq digər ölkələr mövcud sahə üzrə geniş addımlar ataraq irəliləməkdədir. Bu gedişatdan geri qalmaq təhlükədir.
- Rəqəmsal valyutaların hazırlanması və mövcud olması bir çox texniki, təhlükəsizlik və digər problemləri yaradır. Bəzi ölkələr bu mövzuda irəliləsə də, rəqəmsal valyutaların necə həyata keçiriləcəyi ilə bağlı çoxlu açıq suallar var.
- Bu suallar mərkəzi bankların və tənzimləyici orqanların rəqəmsal valyutaları tətbiq edərkən nəzərə almalı olduqları vacib məsələlərdir. Hər bir ölkə bu suallara fərqli cavablar tapmalı və strategiyalar hazırlamalıdır. Rəqəmsal valyutaların tətbiqi mürəkkəb prosesdir və diqqətli planlaşdırma tələb edir. Suallar bir neçə yerdən formalaşır. Bunlardan biri maliyyə  mühəndis- memarlarının suallarıdır, digərləri böyük kütləni əhatə edən  spekulyativ tərkib  (alı-satqı ilə bağlı) və istehlakçılar. Əlbəttə dünya kütləsindən formalaşdırılan suallar da var  (Generativ Süni İntellekt) Yaranmış açıq suallarla bağlı Generativ Süni intellektin (Chat GPT) müəyyən etdikləri suallar bunlardır:
- Məxfilik və Təhlükəsizlik: Rəqəmsal valyutaların istifadəsi fərdlərin maliyyə məlumatlarının məxfiliyini poza bilərmi? Ümumiyyətlə, rəqəmsal valyutaların təhlükəsizliyi və qorunması necə təmin ediləcək?
- Sui-istifadə: Rəqəmsal valyutalar qeyri-qanuni fəaliyyətlər üçün necə istifadə edilə bilər və bu cür sui-istifadənin qarşısını necə almaq olar?
- Tənzimləmə: Rəqəmsal valyutalar necə tənzimlənməlidir? Vergi siyasətinin hansı növləri həyata keçirilməlidir?
- Maliyyə Sabitliyi: Rəqəmsal valyutalar bank sisteminə və maliyyə sabitliyinə necə təsir edir? Mərkəzi bankların pul siyasətinə necə təsir edir?
- Texnoloji İnfrastruktur: Rəqəmsal valyutaların tətbiqi üçün tələb olunan texnoloji infrastruktur nə dərəcədə hazırdır? Bu infrastruktur geniş istifadəni dəstəkləmək üçün kifayət qədər təhlükəsizlik və miqyaslılığı təmin edə bilərmi?
- Rəqəmsal bərabərsizlik: Rəqəmsal valyutaların geniş yayılması texnoloji bərabərsizlikləri artıra bilərmi? Rəqəmsal ödəniş sistemlərinə çıxışı olmayan insanları necə qorumaq olar?
- Beynəlxalq təsirlər: Rəqəmsal valyutalar beynəlxalq maliyyə sisteminə necə təsir edir? Konkret olaraq, transsərhəd əməliyyatlar və ödənişlər necə tənzimlənir?
- Texnoloji Risklər: Rəqəmsal valyutaların infrastrukturunda təhlükəsizlik zəifliyi və ya texniki problemlər yaranarsa, bu hansı problemlərə səbəb ola bilər?
- Digər rəqəmsal valyutalarla rəqabət: Mərkəzi bankın rəqəmsal valyutaları mövcud digər ölkələrin CBDC-ləri ilə necə rəqabətə aparır və bu iki rəqəmsal aktivlər arasında hansı əlaqə var?
- Sosial Qəbul: Rəqəmsal valyutaların sosial qəbulu nədir? İnsanlar bu yeni texnologiyanı nə qədər tez qəbul edirlər?
- Əslində sizin sadsaladığınız sualların hamısı bizim də beymizdə dolaşır və belə aydın olur ki, hələlik bu suallara lkonkret cavablar yoxdur….
- Bilirsiniz, vacib mələlərdən biri gedişatı düzgün görüb qiymətləndirməkdir. Cox müzakirə, cox təhlıl etmək lazimdır. Tədricən dövlətlər də, insanlar da maraqlı olan sualların hamısına cavab tapacaqlar.
- Yaxşı, “Azkoin” layihəsinin rəhbəri olaraq sizing baxışınız necədir və tövsiyyələriniz nədən ibarətdir?
- Biz , “Azkoin” komandası olaraq qloballaşan dünyamızın bir hissəsi olaraq,  Dövlətimizə xidmət, xalqımıza qulluq edirik. Tövsiyyələrimiz ondan ibarətdir ki, dördüncü sənaye inqilabının tələbinin nizamına uyğun gəlmək üçün zəruri olan bütün addımlar atılmalıdır. Bu gün dəyişikliklər hətta neyro səviyyədə də baş verir. Bəşəriyyət cəmiyyətin qurulduğu əsasları yenidən nəzərdən keçirməlidir. Yenidən qurulması mümkün olmayanlar bitəcək. Fərdlərlə baş verən dəyişikliklər cəmiyyətdə dəyişikliklərə gətirib çıxarılmasına səbəb olacaqdır. Əsrlər boyu cəmiyyətin inkişaf qanunu kimi qəbul edilən rəqabət, hər kəs üçün təhlil edilərək öz yeni reallığını dəyişdirərək müstəqil yaradılış vahidinə çevrilmək fürsətidir. Baş verənlər arasındakı əlaqəni dərk etməli, insan özünə uyğun bir reallıq yaratmağı öyrənməlidir, əks halda bu, fəsadlarla nəticələnəcəkdir.
Zamanın nəbzi sürətlə tənzimlənir və bu hər birimiz üçün məlumdur. Sürətlər artacaq, zaman getdikcə daha sərt və təcili qərarlar tələb edəcək. Dəyişiklikləri qəbul etmək və öz taleyinin ağası olmaq lazımdır. Bunu etmək üçün ağlınızı və hisslərinizi idarə etməyi öyrənməli, özünüzü dünyanın ümumi mənzərəsinin bir hissəsi kimi tanımalı və yüksək vibrasiyalı enerji axınını dərk etməlisiniz. Ən çətin iş öz üzərində çalışmaqdır. Qarşıda hər kəsi özünün quracağı gələcək gözləyir.



İqtisadiyyat