Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinin açılış mərasimi keçirilib- VİDEO

post-img

Konqres Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası ilə birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Xalq TV xəbər verir ki, açılış mərasiminin sonunda Ulu öndər Heydər Əliyevin idmanla bağlı xatirələrini əks etdirən videoçarx nümayiş etdirilib.

“Hilton” hotelində təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu, MOK-un Ədalətli Oyunlar komissiyasının sədri Xəzər İsayev və Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laymer iştirak ediblər. 

Mariana Vasileva qeyd edib ki, Prezident İlham Əliyev ölkədə idmanın inkişafına xüsusi diqqət ayırıb.

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev isə rəsmi Bakının son illər bir çox idman tədbirinə ev sahibliyi etdiyini deyib.

Qeyd edək ki, Avropa Ədalətli Oyunlar Menecmentinin prezidenti Filip Huzyu Azər Əliyevə xüsusi hədiyyə təqdim edib.

F.Huzyu bildirib ki, konqres idmanda irqçiliklə mübarizədə Avropa Komissiyası ilə birgə səy göstərir.

Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laymer idmanda bərabərlik prinsipinin təmin olunması təkcə idmançıların yox, sosial təşkilatların da üzərinə düşən məsuliyyət olduğunu bildirib.

MOK-un Ədalətli Oyunlar Komissiyanın sədri Xəzər İsayev isə bütün qonaqları salamlayaraq, onları Bakıda görməkdən məmnun olduğunu bildirib.

Qeyd edək ki,  Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi çərçivəsində Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlığı təcəssüm etdirən “Ədalətli Oyunlar” mövzusuna həsr olunmuş sərgi keçirilib. Konqres iştirakçıları sərgidə nümayiş etdirilən əsərlərlə yaxından tanış olublar.

XQ


İdman