Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsinə müraciət edən qəsəbə sakini 1 il əvvəl dünyasını dəyişmiş atasından qalan ov tüfəngi və 4 ədəd patronu könüllü olaraq bölmə əməkdaşlarına təhvil verib. Polisə vaxtında məlumat verən vətəndaşa təşəkkür edilib.
P.ƏMİRCANOV
XQ