Fındıq ixracı artıb

post-img

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 96,9 milyon ABŞ dolları dəyərində 19 min tondan çox meşə fındığı ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 16,5 faiz və ya 13,7 milyon dollar, həcm olaraq isə 21 faiz və ya 3,3 min ton çoxdur. Cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda fındığın ixrac dəyəri 55,6 faiz və ya 5,7 milyon dollar, həcmi isə 38,6 faiz və ya 790,53 ton artaraq müvafiq olaraq 16,1 milyon dollar və 2,8 min ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 10 ayında fındığın ümumi ixracda xüsusi çəkisi 0,33 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,58 faizə bərabər olub.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat