Naxçıvanda vergi daxilolmaları artıb

post-img

2023-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin  (DVX) xətti ilə büdcəyə 1 milyard  34 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33 faiz və ya 33 milyon manat çoxdur.

İqtisadiyyat Nazirliyi yanında DVX-nin məlumatında daha sonra bildirilir ki, Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz və ya 36,8 milyon manat artıb.

Hesabat dövründə MR-də  məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar  isə 120 milyon manatdan çox olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur.

XQ

 

İqtisadiyyat