Sənaye zonalarında 11 milyard manatlıq məhsul istehsal edilib

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında indiyə qədər ölkəmizin sənaye zonalarında 11 milyard manatlıq məhsul istehsal edildiyini və bunun təqribən 32,4 faizinin ixrac olunduğunu bildirib.

Nazirin sözlərinə görə, bu ilin yanvar-sent­yabr aylarında isə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr məhsul istehsalının dəyəri­ni ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artı­raraq 2,3 milyard manata çatdırıb. Bunun da 31,2 faizi ixrac olunub.

XQ

İqtisadiyyat