Arazqırağından mədəniyyət paytaxtına yeni yol

post-img

Əhmədbəyli–Füzuli–Şuşa magistralı gələn il istifadəyə veriləcək 

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihəsinin böyük hissəsi üzrə aparılan işlər başa çatıb. 

Bu məlumatı həmin layihə sənədini hazırla­yan şirkətin direktor müavini Azad Məcidov deyib. O bildirib ki, yolun tikintisinin gələn ilin ikinci yarı­sına qədər başa çatdırılması gözlənilir.

Qeyd edək ki, sözügedən yol Zəfər yoluna pa­raleldir. Yolda 11 körpü çəkilib, 9-nun tikintisi başa çatıb. Yolun ümumi uzunluğu 81,73 kilometrdir. Magistralda hərəkətin intensivliyi nəzərə alınaraq onun 48-ci kilometr hissəsinə qədər 4 zolaqlı, Şu­şaya qədər olan digər hissəsi isə 6 zolaqlıdır.

XQ

İqtisadiyyat