Azərbaycan – Türkiyə qardaşlığının dünyada oxşarı yoxdur

post-img

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbay­can–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.

Türkiyə–Azərbaycan parlamentlər-arası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş ölkələrimiz ara­sında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından danışaraq, əlaqələ­rimizin gücləndirilməsində hər iki ölkə­nin dövlət başçılarının xüsusi rolunu qeyd edib. O, ölkələrimizin parlament­ləri arasında da möhkəm əməkdaşlı­ğın mövcud olduğunu deyərək, qarşı­lıqlı səfərlərin, keçirilən görüşlərin bu əlaqələrin möhkəmləndirilməsi baxı­mından vacibliyini vurğulayıb. 

Görüşdə Milli Məclisin Səhiyyə ko­mitəsinin sədri, Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmirasla­nov da ölkələrimiz arasında münasi­bətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünyada oxşarı olmadığını söyləyib. Qeyd edib ki, qardaşlıq və dostluq münasibətlərimiz günbəgün möhkəmlənir və genişlənir. O, həm­çinin qanunverici orqanlarımızın da ölkələrimiz arasında əlaqələrin də­rinləşməsinə özünəməxsus töhfələr verdiyini qeyd edərək, bu istiqamətdə görülən işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər