300 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb

post-img

Bu ilin yanvar-sentyabr ayları ərzində 300.179 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz çoxdur.

2023-cü ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,6 faiz artaraq 61.393 təşkil edib.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat