Brent markalı neftin bir barelinin qiyməti nə qədərdir?

post-img

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 87,76 dollara satılır.

Dünən 90,68 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti gün ərzində 88,07 dollara düşüb. 

XQ xarici mediaya istinadən xəbər verir ki, ¬brent markalı neftin bir barelinin qiyməti bu gün 0,35 faiz azalaraq 87,76 dollar olub. "West Texas Intermediate" (WTI) markalı xam neftin bir bareli isə 83,5 dollara satılıb.

Həmçinin İsrail və Həmas arasında davam edən münaqişə diplomatik səylərin intensivləşməsi və neftin qiymətinin qismən azalmasına səbəb olub.

Amerika Neft İnstitutu ölkədə xam neft ehtiyatlarının 2,6 milyon barel azaldığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1,5 milyon barel artacağı idi. Ölkədə tələbatın artdığını göstərən məlumatlar neftin qiymətinin aşağı düşməsini məhdudlaşdırıb.

Texniki olaraq Brent markalı neftin 88,30 ilə 88,41 dollar arasındakı diapazonu müqavimət, 87,72 ilə 87,54 dollar arasındakı diapazonu isə dəstək sahəsi kimi nəzərdən keçirmək olar.

Ayşən Azadova

İqtisadiyyat