Rəsmi proqnozlarda “2024-2027-ci illərdə xarici dövlət borcunun 8 milyard 898,7 milyon manat (5 milyard 234,5 milyon dollar) və ya ÜDM-in 7,5 faizi həcmində, daxili dövlət borcunun isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-in 15,9 faizi həcmində olacağı gözlənilir.
Gələn ilin sonuna isə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678 milyon manat səviyyəsində olacağı proqnozlaşdırılır və 118 milyard 383,3 milyon manat məbləğində gözlənilən ÜDM-in 23,4 faizini təşkil edəcək.
Qeyd edək ki, cari ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26 milyard 803,6 milyon manat səviyyəsində olacağı gözlənilir. Bu, 119 milyard 650 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 22,4 faizini təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcu 10 milyard 848,2 milyon manat (6 milyard 381,3 milyon dollar) və ya ÜDM-in 9,1 faizi həcmində, daxili dövlət borcu isə 15 milyard 955,4 milyon manat və ya ÜDM-in 13,3 faizi həcmində olacağı proqnozlaşdırılır.
Beləliklə, ümumilikdə, yeni çağırışlarla əlaqədar yaranan əlavə maliyyə tələbatının təmin edilməsi üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2024-cü ilin sonuna 24 faiz müəyyənləşdirilməsi, ortamüddətli dövrün sonuna (2027-ci il) 17,5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisi üzrə isə 2027-ci ilin sonuna hədəflənən yuxarı həddinin 30 faiz səviyyəsində olması təklif edilir.
XQ