“Abşeron”dan 453 milyon kubmetr qaz çıxarılıb

post-img

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağı istismara veriləndən indiyədək 453 milyon kubmetr qaz hasil edilib.

Energetika Nazirliyinin bununla bağlı yaydığı məlumatda yataqdan, həmçinin indəyədək 171 min ton qaz kondensatı çıxarıldığı da bildirilib. 

Qeyd edək ki, Xəzər dənizinin Azər­baycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən, cari il iyul ayının əvvəlində hasiltına başlanılan “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Com­pany of Absheron Petroleum B. V.) şirkəti tərəfindən idarə olunur. Yataqda illik hasilatı 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək artırmaq planlaş­dırılır.

Xatırladaq ki, cari ilin avqustunda SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kon­densat yatağında 30 faizlik iştirak pa­yının satışına dair saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra AD­NOC şirkətinin “Abşeron” qaz-konden­sat yatağında 30 faiz iştirak payı əldə edəcəyi nəzərdə tutulub. SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak paylarının isə müvafiq olaraq 35 faiz olacağı qərara alınıb. 

XQ

İqtisadiyyat