Avropa 29 milyard kubmetr Azərbaycan qazı alıb

post-img

Energetika Nazirliyinin məlumatına görə, Trans-Anadolu (TANAP) və Trans-Adriatik kəmərləri (TAP) ilə bu infrastrukturlar istifadəyə veriləndən indiyə kimi Türkiyəyə 24,3 milyard kubmetr, Avropaya isə 28,7 milyard kubmetr Azərbaycan qazı nəql olunub.

2023-cü il ölkədə qaz hasilatı 48,7 milyard kubmetr, ixrac isə 24 milyard kubmetr səviyyəsində proqnozlaşdırılıb.

Məlumatda bildirilir ki, əgər 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il isə qaz tədarükü 40 faiz artımla mümkün ən yüksək səviyyəyə–11,4 milyard kub­metrə çatdırılıb.

Hazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümu­mi tələbatı illik 30 milyard kubmetrdən çoxdur.

XQ

İqtisadiyyat