Sosial sığorta daxilolmaları 14 faiz artıb

post-img

2023-cü ilin yanvar–sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manatdan çox olub.

Dövlət Vergi Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və ya 462,4 milyon manat artıb.

Qeyd edək ki, qeyri–büdcə təşkilatları üzrə daxilol­malar ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz ar­taraq 2,4 milyard manat təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar isə ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz artıb və 132,8 milyon manat olub. Qeyri–büdcə təşkilatları üzrə daxilolmalar da 15,1 faiz artaraq 98,2 milyon manata çatıb.

XQ

İqtisadiyyat