Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60 ABŞ dolları götürülməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in real ifadədə 1,9 faiz artaraq 119,6 milyard manat olacağı gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” da bildirilib. Sənəddə qeyd edilir ki, qeyri-neft-qaz sektorunun 4 faiz artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz azalacağı gözlənilir.
Proqnozlara əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft-qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6–5 faiz olacağı gözlənilir.
XQ