Kosmik Nəsil Məşvərət Şurasının nümayəndəsi: Azərbaycan gəncləri kosmosun öyrənilməsində fəallığı ilə seçilir

post-img

Bizim bugünki tədbirimizin başlıca məqsədi kosmik sənaye sahəsində gənclərin səsi olmaqdır. Məqsəd qeyri-hökümət təşkilatları, kosmik araşdırmalar həyata keçirən kosmik sənaye təşkilatları və akademik dairələrlə birlikdə gənclərin arasında təmas qurmaq və onların bu sahədə bacarıqlarını artırmaqdır.

Bunu 21-ci Kosmik Nəsil Konqresində iştirak edən Kosmik Nəsil Məşvərət Şurasının baş icraçı direktorun müavini Nikol Koleva jurnalistlərə açıqlamasında bildirib.

Nikol Koleva qeyd edib ki, bu sahədə gənclər arasında iş birliyi, əlaqələrin qurulması çox vacibdir, çünki məhz gənclər gələcəkdə təhlükəsiz və sağlam kosmos mühitinin formalaşmasında söz sahibi olacaqlar.

“Bu bizim təşkilatımızın əsasnaməsinə də çox uyğundur. Biz düşünürük ki, Azərbaycan da daxil olmaqla ölkələrin kosmosun öyrənilməsində iştirakı üçün imkanlar olmalıdır. Bizim əsas şüarımız “Kosmos hamı üçündür və hər kəsin kosmosda gördüyü dünya üçündür”. Azərbaycan da həmçinin bu ölkələr sırasındadır. Azərbaycan gəncləri bu sahədə fəallığı ilə seçilir”, - deyə N.Koleva əlavə edib.

İqtisadiyyat