Rəcəb Tayyib Ərdoğan: Zəngəzur dəhlizi strateji xarakter daşıyır və region dövlətlərinin iqtisadi maraqlarına cavab verir

post-img

Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Naxçıvanın həm Azərbaycan, həm də regionun digər dövlətləri ilə avtomobil və dəmir yolu əlaqəsinin yaradılması üçün imkan yaranıb. Bu yolların fəaliyyətə başlaması Türkiyə ilə Azərbaycanın əlaqələrini daha yaxınlaşdıracaq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərini yekunlaşdırıb vətənə qayıdarkən jurnalistlərin suallarına cavabında deyib.

Türkiyə Prezidenti nəzərə çatdırıb ki, artıq İrandan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müsbət siqnallar gəlib. Bu strateji dəhlizdir və regionun dövlətlərinin iqtisadi maraqlarına cavab verir. Buna görə də bu dəhlizin fəaliyyətə başlaması üçün lazım olan tədbirləri tez bir zamanda həyata keçirmək lazımdır.

R.T. Ərdoğan bildirib ki, Zəngəzur nəqliyyat dəhlizi sülh və iqtisadi inkişaf dəhlizi olacaq.

İqtisadiyyat