Rusiya DİN: ABŞ Ermənistan və ermənilərlə maraqlanmır

post-img

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində bildirib ki, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün Ukrayna ətrafındakı vəziyyətdən istifadə etmək istəyir. Məlumatı “Caliber” yazıb.

Nazir qeyd edib ki, ABŞ və Aİ əsas sahələrdə, o cümlədən kəşfiyyat xidmətləri və hüquq-mühafizə, müdafiə və ədliyyə sahəsində islahatlar üçün öz “reseptlərini” tətbiq edirlər. Kolokoltsevin fikrincə, bu, Rusiya ilə Ermənistan arasında müttəfiqliyi pozur.

Nazir vurğulayıb ki, Amerika hakimiyyəti həmişə yalnız öz maraqlarını güdür, onların Ermənistan və ermənilər vecinə deyil.

Sentyabrın 25-də Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Kolokoltsev iki ölkənin Daxili İşlər nazirliklərinin Birgə Kollegiyasında iştirak etmək üçün İrəvana gəlib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya