Energetika Nazirliyindən aldığımız məlumata əsasən, bu ilin 8 ayı ərzində ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 154,2 milyon kVt/saat, yəni 0,8 faiz artaraq 19 milyard 245 milyon kVt/saat olub.
Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 17 milyard 714 milyon kVt/saat, su elektrik stansiyalarında (SES) 1milyard 282 milyon kVt/saat, digər mənbələr üzrə isə 249 milyon kVt/saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında (KES) 41,7 milyon kVt/saat, günəş elektrik stansiyalarında (GES) 46,9 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 160,5 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 milyard 328 milyon kVt/saat (İES-lərdə 16 milyard 132 milyon kVt/saat, SES-lərdə 1 milyard 196 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 330,2 milyon kVt/saat (İES-lərdə 211,7 milyon kVt/saat, SES-lərdə 75,6 milyon kVt/saat, Günəş ES-də 42,9 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,2 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 1milyard 555 milyon kVt/saat təşkil edib.
2023-cü ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı 1 milyard 531 milyon kVt/saat, idxalı isə 169,3 milyon kVt/saat olub.
Qeyd edək ki, 2023-cü ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 922 milyon kVt/saat olub. Elektrik enerjisinin idxalı 11,6 milyon kVt/saat, ixrac isə 253,5 milyon kVt/saat təşkil edib.
XQ