Hacıqabulda Aqrar İnnovasiya Festivalı

post-img

Kənd Təsərrüfatı Nazirliyi­nin Aqrar İnnovasiya Mərkəzi­nin təşkilatçılığı ilə Hacıqabulda Aqrar İnnovasiya Festivalı ke­çirilib. Kənd təsərrüfatı təyinat­lı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilib.

Mövsümün 6-cı toxum sərgi-satış yarmarkası Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xid­mətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosasiyasının təşkilatçılığı ilə reallaşıb. Festivalda 30-a yaxın dövlət və özəl toxumçuluq sub­yektləri iştirak edib. Yarmarkada sertifikatlı toxumun üstünlükləri barədə fermerlər maarifləndirilib.

Festival zamanı “Toxum is­tehsalı və emalı” mövzusu üzrə toxum istehsalçılarına və fermer­lərə təlim keçirilib, onları maraq­landıran suallar ətraflı cavab­landırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.

Tədbirdə ölkədə fəaliyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaş­mış 60-a yaxın dövlət və özəl böl­məni təmsil edən qurumlar, eləcə də xarici şirkətlər iştirak edib.

Hacıqabuldakı festivalda toxum sərgi-satışı ilə yanaşı, fes­tivalların ənənəsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı texni­kalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məx­sus digər məhsullar sərgilənib. Festivalda ilk dəfə olaraq kənd təsərrüfatı sahəsində istifadə olu­nan dirəksiz anqarlar və yeni tex­nikalar nümayiş olunub. Aqrar İn­novasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap yarışma və müsabiqələrin iştirakçıları öz ixtiralarını nümayiş etdiriblər.

Növbəti toxum sərgi-satış yarmarkasının keçiriləcəyi Aqrar İnnovasiya Festivalı sentyabrın 22-də Sabirabad rayonunda təş­kil olunacaq.

XQ

İqtisadiyyat