Neft emalı 7,7 faiz artıb

post-img

2023-cü ilin yanvar-avqust aylarında ölkəmizdə 4,2 milyon ton neft emal edilib. Energetika Nazirliyindən ve­rilən məlumata görə, 8 ay ərzində xam neftin emalı əvvəl­ki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb. Xatırladaq ki, 2022-ci ilin 8 ayında Azərbaycanda 3,9 milyon ton neft emal edilmişdi.

Yeri gəlmişkən, ölkəmizdə xam neftin emalı təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodun­da həyata keçirilir. Zavod daxili bazarın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda adıçəkilən müəssisədə bir sıra yenidənqurma və modernləşdirmə işləri aparılır.

XQ

İqtisadiyyat