8 ayda dəmir yolları ilə 12 milyon ton yük daşınıb

post-img

Bu ilin yanvar–avqust aylarında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 12 milyon ton­dan çox yük daşıyıb.

QSC-dən aldığımız məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Qeyd edək ki, təkcə avqust ayında təyinat nöqtəsinə 2 milyon tona yaxın yük çat­dırılıb.

XQ

İqtisadiyyat