Özəl sahə yüksəlişdə

post-img

Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2023-cü ilin yanvar-avqust aylarında 45 milyard manatlıq sənaye məhsulu istehsal ediblər.

Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6 faiz artıb. Sənaye məhsulunun 68,6 faizi mə­dənçıxarma sektorunda, 26,2 faizi emal sekto­runda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sekto­runda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz ha­silatı isə 5,3 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda isteh­salın həcmi 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,6 faiz artıb.

XQ

İqtisadiyyat