Naxçıvanın təbii sərvətləri yenidən qiymətləndirilir

post-img

Naxçıvandakı filiz və qeyri-filiz yataqlarının 30-nun texniki qiymətləndirilməsi tamamlanb. Bu fikri Naxçıvan Şəhər İcra Hakimiyyətində mədənçilik və enerji sektorunda çalışan türkiyəli sahibkarlarla keçirilən görüşdə muxtar respublikanın ekologiya və təbii sərvətlər nazirinin müavini Xanlar Mustafayev bölgənin mədən ehtiyatları haqqında məlumat verərkən bildirib. 

Qeyd olunub ki, Naxçıvan zən­gin təbii ehtiyatlara malikdir. Bunlardan filiz və qeyri-filiz ya­taqları investisiyalar üçün cəlbedicidir. Ümumilikdə, 66 ya­taqdan 11-nin filiz, 55-nin isə qeyri-filiz yataqları olduğunu vurğulayan nazir müavini bu yataqla­rın 30-nun texniki qiymətləndirilməsinin tamamlandığını bildirib.

XQ

İqtisadiyyat