Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 96,4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artıb. ÜDM istehsalının 42,4 faizi sənaye, 9,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi isə digər sahələrin payına düşüb. 8 ay ərzində məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib.
Ölkə üzrə əhalinin hər nəfərinə düşən ÜDM 7895 manata bərabər olub.
XQ